Dibala bu klubla razılaşdı

Dibala bu klubla razılaşdı
XƏBƏR 4 May 2022 / 12:29 4029
-  A +

"Yuventus"un futbolçusu Paulo Dibala karyerasını "İnter"də davam etdirəcək.

Qol.az xəbər verir ki, bu barədə "La Gazetta dello Sport" məlumat yayıb. 28 yaşlı hücumçu Milan təmsilçisinə keçməyə razılaşıb.

"İnter" forvardın menecerləri ilə danışıqlar aparıb. Porsesin nəticəsində Dibala A seriyası klubu ilə 4 illik müqavilə üçün anlaşıb. Tərəflər yayda sözləşmə imzalayacaqlar. Futbolçu klubda illik 6 milyon avro qazanacaq. 

Maraqlıdır ki, Dibala daha əvvəl "Yuventus"un illik 6-7 milyon avro maaşla müqavilə təklifini rədd etmişdi. O, əməkhaqqının azlığından narazı idi. 

Daha əvvəl məlum olmuşdu ki, "Yuventus" argentinalı oyunçu ilə müqaviləni yeniləməyəcək. Dibala bu mövsüm 35 matçda 14 qol vurub və 6 qolun ötürməsini verib. O, 2015-ci ildə "Palermo"dan "Yuventus"a keçib.

Daha çox


Son xəbərlər
topaz banner