"Mənə nifrət edənlər üç ay sonra sevməyə başladı" - İbrahimoviç

"Mənə nifrət edənlər üç ay sonra sevməyə başladı" - İbrahimoviç
XƏBƏR 3 May 2022 / 13:38 2205
-  A +

"Milan"ın futbolçusu Zlatan İbrahimoviç "Mançester Yunayted"də oynadığı vaxtları xatırlayıb. 

Qol.az xəbər verir ki, 40 yaşlı hücumçu ESPN-ə açıqlamasında deyib:

“Mançester Yunayted"də əylənirdim. Orada bəzi şeylər xoşuma gəldi. Çünki mən kluba transfer olunanda hamı buna qarşı idi. İngiltərədə məni sevmirdilər. 3 aydan sonra mənə bütün nifrət edənlər məni bəyənməyə başladılar. Amma mən onları sevmədim. Nifrət hissini xoşlayıram, çünki o, içimdəki ən yaxşı cəhətləri ortaya qoyur. Premyer Liqa əla çempionatdır. Heyrətamiz atmosferi var. İngiltərənin ən yaxşı klubu hesab etdiyim “Mançester Yunayted”də oynadığım üçün xoşbəxtəm. “Qırmızı şeytanlar”ın düşərgəsinə keçidim düzgün qərar idi. Komandaya yaxşı vaxtda gəldim. Uğur qazanan kluba qoşulmaq çox asandır". 

Qeyd edək ki, İbrahimoviç 2016-2018-ci illərdə "Mançester Yunayted"də oynayıb. O, 2020-ci ildən "Milan"ın formasını geyinir. 

Daha çox


Son xəbərlər
topaz banner