"Bunu yenə etdim, yenə qayıtdım”- Xayme Romero

"Bunu yenə etdim, yenə qayıtdım”- Xayme Romero
XƏBƏR 2 May 2022 / 18:55 3779
-  A +

“Qarabağ”ın futbolçusu Xayme Romero "İnstaqram" hesabında yeni paylaşım edib.

Qol.az xəbər verir ki, zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənardan qalan ispan futbolçu yenidən qayıdışı ilə bağlı yazıb: “Bu fotonun arxasında 7 aylıq zəhmət və əziyyət dayanıb. Bunu yenə etdim, yenə qayıtdım”.

Qeyd edək ki, Xayme ötən ilin sentyabrında, Konfrans Liqasının 1-ci turunun “Bazel”lə görüşdə zədələnmişdi. O, Azərbaycan kubokunun yarımfinalında aprelin 29-u keçirilən "Qəbələ" ilə cavab görüşündə (5:0) 2-ci hissədə oyuna daxil olaraq yenidən yaşıl meydanlara qayıtmışdı.

Daha çox


Son xəbərlər
topaz banner