Fərid Nəbiyevin komandası aşağı liqaya düşdü

Fərid Nəbiyevin komandası aşağı liqaya düşdü
XƏBƏR 2 May 2022 / 13:56 2779
-  A +

Azərbaycanlı futbolçu Fərid Nəbiyevin çıxış etdiyi "Viktoriya" Çexiya 2-ci divizionunu tərk edir.

Qol.az xəbər verir ki, Jijkov təmsilçidi son turda səfərdə "Jihlava" ilə qarşılaşıb. Oyun meydan sahiblərinin 4:3 hesablı qələbəsi ilə başa çatıb.

Nəbiyevin adı oyununun iştirak ərizəsinə daxil edilməyib.

"Viktoriya" hazırda 14 xalla 16 komanda arasında turnir cədvəlində sonuncu pillədə qərarlaşıb. Komandanın mövsümün sonunda aşağı liqaya düşəcəyi artıq dəqiqləşib.

Daha çox


Son xəbərlər
topaz banner