Əliyar Ağayevdən "Panatinaikos"un oyununda 1 qırmızı, 7 sarı vərəqə

Əliyar Ağayevdən "Panatinaikos"un oyununda 1 qırmızı, 7 sarı vərəqə
XƏBƏR 2 May 2022 / 11:13 3690
-  A +

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev növbəti dəfə Yunanıstan Super Liqasının oyununu idarə edib.

Qol.az xəbər verir ki, o, çempionluq qrupunun 6-cı turunda "Panatinaikos" - "Aris" görüşünün baş hakimi olub. 

Yan xətt hakimləri funksiyasını Zeynal Zeynalov və Akif Əmirəli icra ediblər.

Sözügedən görüşdə "Panatinaikos" 1:0 hesabı ilə qalib gəlib. Ə.Ağayev isə 45-ci dəqiqədə "Aris"in oyunçusu Abubakar Kamaraya ikinci sarı vərəqəni göstərərək meydandan qovub. Bundan başqa, referi 5 oyunçuya sarı vərqə göstərib.

Qeyd edək ki, "Panatinaikos" çempionatın turnir cədvəlində 54 xalla 3-cü, "Aris" isə 53 xalla 4-cüdür. 

Daha çox


Son xəbərlər
topaz banner