Xavi "Real"ın çempionluğundan danışdı

Xavi "Real"ın çempionluğundan danışdı
XƏBƏR 2 May 2022 / 09:00 4486
-  A +

"Barselona"nın baş məşqçisi Xavi Ernandes "Real"ın La Liqada çempionluğunu rəsmiləşdirməsi barədə danışıb. 

Qol.az "Marca"ya istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssis Madrid təmsilçisini təbrik edib: 

“Çempionatda fərqlənən 5komanda var. Amma titul qazanmaq bizim üçün çətindi. "Real" artıq qalib gəlib. Mən onları təbrik edirəm. Düşünürəm ki, onlar vicdanla çempion oldular. Çünki 38 turluq məsafədə aldatmaq mümkün deyil. Bizim vəzifəmiz ikinci yeri tutmaq və Çempionlar Liqasına vəsiqə qazanmaqdır”.

Qeyd edək ki, "Real" 2 gün öncə "Espanyol"a qalib gəlməklə (4:0) xallarının sayını 81-ə çatdırıb və tarixində 35-ci dəfə çempion olub. "Barselona" isə 66 xalla 2-cidir. 

Daha çox


Son xəbərlər
topaz banner