"Dinamo"nun baş məşqçisi Mahirin durumundan danışdı

"Dinamo"nun baş məşqçisi Mahirin durumundan danışdı
XƏBƏR 30 Aprel 2022 / 19:07 3647
-  A +

Zaqreb "Dinamo"sunun baş məşqçisi Ante Çaçiç Xorvatiya çempionatının 33-cü turunda  "Lokomotiva" ilə oyun öncəsi keçirilən mətbuat konfransında komandanın zədəli futbolçusu Mahir Emrelinin son durumu haqda danışıb.

Qol.az xəbər verir ki, o, çiynindən problemi olan millimizin üzvünün Zaqreb derbisində oynayıb-oynamayacağının dəqiqləşmədiyini deyib: "Emrelinin vəziyyətinə baxacağıq. Son məşqdən sonra kimlərin start heyətdə yer alacağı bilinəcək. Futbolçular çalışırlar".

Qeyd edək ki, sabah keçiriləcək "Lokomotiva" - "Dinamo" görüşü Bakı vaxtı ilə saat 21:05-də başlayacaq.

Daha çox


Son xəbərlər
topaz banner