Azərbaycanlı futbolçular Rusiya klubuna qələbə qazandırdılar

Azərbaycanlı futbolçular Rusiya klubuna qələbə qazandırdılar
XƏBƏR 30 Aprel 2022 / 15:26 4309
-  A +

Rusiya Milli Futbol Liqasında (Premyer Liqadan sonra ikinci ən güclü liqa) 35-ci turun oyunları keçirilib. 

Qol.az xəbər verir ki, azərbaycanlı futbolçular Kamran Əliyev və David Qarayevin çıxış etdiyi  “SKA-Xabarovsk” doğma meydanda “Fakel”lə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.
 
Kamran sözügedən 46-cı dəqiqədə meydana daxil olub və 71-ci dəqiqədə komandasınıın bərabərlik qolunu vurub. Vaxtilə Azərbaycanın aşağı yaş qrupları üzrə yığmalarında oynamış David Qarayev isə start heyətdə meydana çıxıb və sonadək oynayıb. O, 90+2-ci dəqiqədə komandasının qələbə qolunun müəllifi olub.
 
“SKA-Xabarovsk” 35 turdan sonra 59 xalla 20 komanda arasında 5-ci pillədə qərarlaşıb.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner