Ozan Can Kökçü oynadı, komandası uduzdu

Ozan Can Kökçü oynadı, komandası uduzdu
XƏBƏR 30 Aprel 2022 / 12:23 1141
-  A +

Niderland Eerste Divizyesində (I Liqa) 37-ci turun oyunları keçirilib.

Qol.az xəbər verir ki, Azərbaycan millisinin keçmiş oyunçusu Ozan Can Kökçünün formasını geydiyi "Telstar" doğma meydanda "Yonq Utrext"i qəbul edib. Matç qanaqların 3:1 hesablı qələbəsiylə başa çatıb.

Ozan Can da bu görüşün iştirakçısı olub. 23 yaşlı futbolçu qarşılaşmaya start heyətdə başlayıb və 78-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, 35 xalı olan "Telstar" turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.


Son xəbərlər
18.04.25  22:46

"Yamal Messi deyil"

18.04.25  11:52

Messi gələcəyi haqda