Mbappe İbrahimoviçi geridə qoydu

Mbappe İbrahimoviçi geridə qoydu
XƏBƏR 30 Aprel 2022 / 11:57 1496
-  A +

PSJ-nin futbolçusu Kilian Mbappe yeni uğura imza atıb.

Qol.az xəbər verir ki, o, buna Liqa 1-in 35-ci turunda "Strasburq"la səfər matçında (3:3) dubl etməklə nail olub. 23 yaşlı hücumçu Paris təmsilçisində vurduğu qolların sayını 115-ə çatdırıb. Nəticədə Mbappe klubun sabiq oyunçusu, hazırda "Milan"da çıxış edən Zlatan İbrahimoviçi (113 qol) geridə qoyub. Mbappe bu göstəricidə 4-cü yerə yüksəlib.  

Belə bir nəticəyə çatmaq üçün Mbappeyə 139 matç lazım olub.

Qeyd edək ki, PSJ-də ən çox qol vuran futbolçu Edinson Kavanidir (138). 

Daha çox


Son xəbərlər
topaz banner