“Milan”ı “San Siro”dan ayırmaq istəyirlər

“Milan”ı “San Siro”dan ayırmaq istəyirlər
XƏBƏR 29 Aprel 2022 / 15:34 1861
-  A +

“İnvestcorp” şirkəti artıq gələn həftə “Milan”ı almaq üçün müqavilə prosesini tamamlayacaq. 

Qol.az xəbər verir ki, bu barədə “La Gazetta dello Sport” məlumat yayıb. Şirkət 1,8 milyard avro müqabilində A seriyası təmsilçisinin sahibi olacaq. 

Xəbərdə o da qeyd olunub ki, “İnvestcorp” yaxın müddətdə “Milan”a şəxsi stadion tikməyi planlayır. Şirkətin rəhbəri Məhəmməd Alardi komandanın “San Siro” stadionunu “İnter”lə bölüşməsini istəmir. Buna görə də, o, klubu aldıqdan sonra Milanda yeni arena inşa etdirməyi düşünür. 

Qeyd edək ki, “İnvescorp” artıq bir müddətdir klubun hazırkı sahibi “Elliot Management”lə danışıqlar aparır. Daha əvvəl tərəflərin razılığa gəldiyi bildirilib. “İnvestcorp” isə “Milan”ın yeni transferləri üçün növbəti 2 mövsümə ümumilikdə 300 milyon avro ayırmağa hazırdır. 


Son xəbərlər