Əliyar Ağayev yenidən Yunanıstan Superliqasında

Əliyar Ağayev yenidən  Yunanıstan Superliqasında
XƏBƏR 29 Aprel 2022 / 13:42 2231
-  A +

Azərbaycanın FİFA referisi Əliyar Ağayev növbəti dəfə Yunanıstanın yüksək liqasının vacib oyununa təyinat alıb. 

Qol.az Yunanıstan Superliqasının saytına istinadən xəbər verir ki, o, ölkə çempionatının çempionluq qrupunun 6-cı turunda keçiriləcək "Panatinaikos" - "Aris" matçının baş hakimi olacaq. Ona həmyerliləri Zeynal Zeynalov və Akif Əmirəli köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Spiridon Zampalas (Yunanıstan) yerinə yetirəcək.

Qeyd edək ki, sözügedən görüş mayın 1-i Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Daha çox


Son xəbərlər
topaz banner