Ronaldodan yeni paylaşım

Ronaldodan yeni paylaşım
XƏBƏR 29 Aprel 2022 / 10:30 2695
-  A +

"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo İngiltərə çempionatının 37-ci turunda "Çelsi" ilə oyundan sonra paylaşım edib.

Qol.az xəbər verir ki, o, "Tvitter" hesabı vasitəsi ilə klubun azarkeşlərinə təşəkkür edib: "Bu gün "Old Trafford"da göstərdiyiniz dəstəyə görə təşəkkür edirəm. Həmişə olduğu kimi azarkeşlərimiz komandaya kömək etmək üçün öz fədakarlıqları ilə heyrətamizdirlər”.

Qeyd edək ki, sözügedən görüş 1:1 hesabı ilə başa çatıb. Portuqaliyalı hücumçu komandasının yeganə qolunun müəllifi olub.

Daha çox


Son xəbərlər
topaz banner