Gimnastlarımızdan 5 medal

Gimnastlarımızdan 5 medal
XƏBƏR 28 Aprel 2022 / 15:09 617
-  A +

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən bədii gimnastika üzrə uşaqlar, yeniyetmələr və gənclər arasında 21-ci "Irina Deleanu Cup” beynəlxalq turniri başa çatıb.

Qol.az xəbər verir ki, yarışda ölkəmizi təmsil edən Məryəm Əliyeva 1 gümüş və 1 bürünc medal qazanıb. O, topla hərəkətlərə görə 2-ci,  lentlə hərəkətlərin icrasına görə isə 3-cü yerə layiq görülüb.

Komandanın digər üzvləri Gövhər İbrahimova gürzlərlə və halqa ilə, Nəzrin Salmanlı isə gürzlərlə çıxışına görə 3-cü yerə layiq görülüb.

Daha çox


Son xəbərlər
topaz banner