Bonucci məşqçi olmaq istəyir

Bonucci məşqçi olmaq istəyir
XƏBƏR 28 Aprel 2022 / 14:41 984
-  A +

"Yuventus"un və İtaliya yığmasının müdafiəçisi Leonardo Bonucci peşəkar karyerasını başa vurduqdan sonra məşqçiliyə başlamaq niyyətindədir.

Qol.az "Tuttosport"a istinadən xəbər verir ki, bunu 34 yaşlı müdafiəçinin həyat yoldaşı Martin Makçiari deyib. O bildirib: 

“Leonardonun futbolda qalacağına şübhəm yoxdur. Bu, onun həyatıdır. O, futbol sahəsini sevir və məşqçi olmaq istəyir".

Qeyd edək ki, Bonucci 2018-ci ildən Turin təmsilçisində oynayır. O, 2010-17-ci illərdə də "Yuventus"da çıxış edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2024-cü ilin yayına kimi hesablanıb. O, 2010-cu ildən İtaliya millisinin üzvüdür. 

Daha çox


Son xəbərlər
topaz banner