"Cavab oyununda hər şey başqa cür olacaq" - Emeri

"Cavab oyununda hər şey başqa cür olacaq" - Emeri
XƏBƏR 28 Aprel 2022 / 10:36 3886
-  A +

"Vilyarreal"ın baş məşqçisi Unay Emeri Çempionlar Liqasının yarmfinal mərhələsində "Liverpul"a məğlub olduqları ilk matç (0:2) barədə danışıb. 

Qol.az UEFA-nın rəsmi saytına istinadən xəbəre verir ki, mütəxəssis cavab matçında daha yaxşı oynayacaqlarını deyib: 

“Yarımfinalda "Liverpul" kimi yaxşı formada olan güclü rəqiblərə qarşı oynamaq lazımdır. Qələbə qazanmaq, oyuna nəzarət etmək istəyirdik, amma imkan vermədilər. Onları qabaqlamağa nail ola bilmədik. Cavab oyununda hər şey başqa cür olacaq. Onlara daha çox problemlər yaradacağıq. "Liverpul" güclü komandadır, favoritdir. Amma biz onunla rəqabət apara biləcəyimizi anlayırıq. Gələn həftə şansımız çox olacaq”. 

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu mayın 5-i İspaniyada keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 

Daha çox


Son xəbərlər
topaz banner