Mahirin komandası Kiyev "Dinamo"su ilə heç-heçə etdi

Mahirin komandası Kiyev "Dinamo"su ilə heç-heçə etdi
XƏBƏR 28 Aprel 2022 / 22:01 4856
-  A +

Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi “Dinamo” (Zaqreb, Xorvatiya)  bu gün Ukrayna “Dinamo”su (Kiyev) ilə xeyriyyə oyununa çıxıb.

Qol.az xəbər verir ki, “Maksimir” stadionunda keçirilən qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Mahir zədəli olduğu üçün bu görüşdə iştirak etməyib.

"Dinamo" (Zaqreb) - "Dinamo" (Kiyev) - 2:2

Qollar: Vanat, 8 (0:1), 16 (0:2), Vukotiç, 29 (1:2), Menalo, 38 (2:2)

Bilet satışından əldə edilən bütün gəlir Ukraynada müharibədən əziyyət çəkən insanlara sərf olunacaq.

Qeyd edək ki, Rusiya fevralın 24-də Ukraynaya hərbi müdaxilə edib. Hazırda ölkələr arasında müharibə davam edir. 

Xatırladaq ki, Mahir Emreli fevral ayında “Dinamo” (Zaqreb) ilə 4,5 illik müqavilə imzalayıb. O, Xorvatiya çempionatında çıxdığı 8 matçda 2 qol vurub. 

Daha çox


Son xəbərlər
topaz banner