Emilin komandasından heç-heçə

Emilin komandasından heç-heçə
XƏBƏR 27 Aprel 2022 / 20:17 2105
-  A +

Qazaxıstan Premyer Liqasında 8-ci turun oyunları keçirilib.

Qol.az xəbər verir ki, millimizin üzvü  Emil Balayevin çıxış etdiyi "Turan" doğma meydanda "Atırau" ilə qarşılaşıb. Matç qolsuz bərabərliklə başa çatıb.

Adı iştirak ərizəsinə daxil edilən 28 yaşlı qapıçı sonadək ehtiyatda qalıb. Beləliklə, Emilin yeni klubunda debütü yenə baş tutmayıb. 

Hazırda "Turan" 7 xalla  14 komanda arasında 12-ci pillədə qərarlaşıb, "Atırau" isə 11 xalla 7-cidir.

Daha çox


Son xəbərlər
topaz banner