Maquayr və Sanço bu oyunu buraxacaqlar

Maquayr və Sanço bu oyunu buraxacaqlar
XƏBƏR 27 Aprel 2022 / 17:49 1216
-  A +

“Mançester Yunayted”in futbolçuları Harri Maquayr və Ceydon Sanço Premyer Liqanın 34-cü turunda "Çelsi”i ilə matçda oynamayacaq.

Qol.az xəbər verir ki, "qırmızı şeytanlar"ın baş məşqçisi Ralf Ranqnik bu barədə danışıb. O, bildirib ki, Sanço xəstəliyi, Maguayr isə zədə səbəbindən oyunu buraxacaq.

“Harrinin dizində problem var. O, dünən və ya bu gün məşq etmədi. Ceydon isə xəstələndi.  Bu gün məşq etməyib, sabah meydana çıxmaq üçün müsait olmayacaq". 

Qeyd edək ki, sabah keçiriləcək "Mançester Yunayted" - "Çelsi" oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. 

Daha çox


Son xəbərlər
topaz banner