Kvaratsxeliyanın yeni klubu dəqiqləşdi

Kvaratsxeliyanın yeni klubu dəqiqləşdi
XƏBƏR 27 Aprel 2022 / 16:21 4330
-  A +

Gürcüstan millisinin və "Dinamo"nun (Batumi) futbolçusu Xviça Kvaratsxeliyanın "Napoli"yə keçəcəyi dəqiqləşib.

Qol.az "Radio Kiss Kiss Napoli"yə istinadən xəbər verir ki, bunu "Napoli"nin prezidenti Aurelio De Laurentis də təsdiqləyib.

O, 21 yaşlı yarımmüdafiəçini mövsümün sonunda transfer edəcəklərini açıqlayıb.

İtaliya mətbuatı yazıb ki, Xviça ilə 5 illik müqavilə imzalanacaq. O da qeyd olunub ki,  "Napoli" bu transfer üçün Batumi klubuna 8 milyon avro təzminat ödəyəcək.

Xatırladaq ki, Xviça Kvaratsxeliya Azərbaycan yığmasının sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğludur.

Daha çox


Son xəbərlər
topaz banner