Millimizin rəqibini o çalışdıracaq

Millimizin rəqibini o çalışdıracaq
XƏBƏR 27 Aprel 2022 / 11:30 2640
-  A +

Millətlər Liqasında Azərbaycan millisinin rəqibi Qazaxıstanı çalışdıracaq məşqçinin adına böyük ölçüdə aydınlıq gəlib.

Qol.az Rusiyanın championat.com saytına istinadən xəbər verir ki, Maqomed Adiyev bu vəzifəyə əsas namizəddir. Yaxın günlərdə onunla müqavilə bağlanacağı gözlənilir.

Qeyd edək ki, Rusiyada “Anji” də daxil olmaqla bir neçə klubda işləmiş 44 yaşlı Adiyev hazırda Qazaxıstanda “Şaxtyor”un baş məşqçisidir.

Daha çox


Son xəbərlər
topaz banner