"Mançester Siti" - "Real" oyununda rekord təkrarlandı

"Mançester Siti" - "Real" oyununda rekord təkrarlandı
XƏBƏR 27 Aprel 2022 / 09:07 3893
-  A +

Çempionlar Liqasının yarımfinal mərhələsində "Real" və "Mançester Siti" arasındakı ilk matçda qol rekordu təkrarlanıb.

Qol.az xəbər verir ki, İngiltərədə oynanılan qarşılaşmada qapılara ümumilikdə 7 qol vurulub. Nəticədə ÇL-in yarımfinal mərhələsinin rekordu təkrarlanıb. İndiyədək 1995-ci ildə "Ayaks" - "Bavariya" (4:3), 2018-ci ildə isə "Liverpul" - "Roma" (5:2) görüşündə 7 qol qeydə alınıb.

Qeyd edək ki, "Mançester Siti" və "Real" arasında cavab matçı mayın 4-də Madriddə keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 

Daha çox


Son xəbərlər
topaz banner