Suares bu klubla anlaşdı

Suares bu klubla anlaşdı
XƏBƏR 26 Aprel 2022 / 19:22 9975
-  A +

“Atletiko”nun hücumçusu Luis Suares karyerasını ABŞ-da davam etdirəcək.

Qol.az "Diariouf"a istinadən xəbər verir ki, uruqvaylı futbolçu “İnter Mayami” ilə razlığa gəlib.

Suaresin "Atletiko" ilə müqaviləsi mövsümün sonunda başa çatır. Buna görə də 35 yaşlı hücumçu MLS klubuna azad agent kimi keçəcək. Devid Bekhemin klubu ilə uruqvaylı forvard arasında 2 illik sözləşmə imzalanacağı bildirilib.

Qeyd edək ki, Luis Suares bu mövsüm “Atletiko”nun heyətində bütün turnirlərdə 41 oyuna çıxıb, 13 qol vurub, 2 qol ötürməsi edib.

Daha çox


Son xəbərlər
topaz banner