“Əsas məqsədimizə nail olmuşuq” - Klopp

“Əsas məqsədimizə nail olmuşuq” - Klopp
XƏBƏR 26 Aprel 2022 / 17:24 2124
-  A +

“Liverpul”un baş məşqçisi Yurgen Klopp 2021/22 mövsümü ərzində "Liverpul"un oyunundakı dəyişikliklərdən danışıb.

Qol.az BBC-yə istinadən xəbər verir ki, mütəxəssis mövsümə başlamazdan əvvəl gözləntilərinin böyük olduğunu deyib: 

“Düşünürəm ki, dəyişiklik yanvar ayında koronavirusdan sağalmağımdan sonra başladı. Hər şey aydın idi. 1-ci pillədən 14 xal geridə idik. Sonra isə cəhd etmək qərarına gəldik. Mövsüm başlamazdan əvvəl gözləntilərimiz böyük idi və o ana qədər normal çıxış edirdik. Bizim etməli olduğumuz əsas iş gələn mövsüm üçün Çempionlar Liqasına vəsiqə qazanmaq idi. İki oyun əvvəl buna nail olmuşuq.  Hazırda baş verən hər şey çox vacibdir. Ona görə də nəyəsə nail olmağa çalışırıq. O vaxtdan bəri hər oyun bizim üçün final kimi hiss olunur”. 

Qeyd edək ki, “Liverpul” sabah Çempionlar Liqasının yarımfinal mərhələsində “Vilyarreal”la ilk oyununa çıxacaq. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 

Daha çox


Son xəbərlər
topaz banner