“Qattuzo ilə mərc etdik, diri ilbiz yedi” - Pirlo

“Qattuzo ilə mərc etdik, diri ilbiz yedi” - Pirlo
XƏBƏR 26 Aprel 2022 / 16:35 2091
-  A +

“Yuventus”un keçmiş baş məşqçisi Andrea Pirlo “Milan”da oynadığı dövrləri xatırlayıb. 

Qol.az “Daily Mail”ə istinadən xəbər verir ki, o, bu barədə “All or nothing: “Juventus” sənədli filmində danışıb. 42 yaşlı mütəxəssis 2007-ci ildə “Milan”dakı komanda yoldaşı Cennaro Qattuzo ilə mərc etdiklərini və onun canlı ilbiz yeyərək 10 min avro qazandığını deyib:
 
“Bir dəfə biz mərc etdik. İlbizləri bilirsiniz, qabıqsızları böyük olur. Qattuzoya onu diri-diri yeməyi təklif etdik. Əgər o, bunu bacarsaydı, 10 min avro qazanacaqdı. Qattuzo bu pulu bizimlə məşq edən fitnes məşqçilərinə bağışlaya bilərdi. O isə ilbizi götürüb uddu. Bundan sonra Cennaro az qala hamımızı öldürmək istəyirdi”. 

Qeyd edək ki, Qattuzo 1999-2012, Pirlo isə 2001-2011-ci illərdə “Milan”da oynayıb. Andrea 2020/21-ci illərdə Turin təmsilçisini çalışdırıb. 

Daha çox


Son xəbərlər
topaz banner