“Barselona” ona 1 milyard avro qiymət qoydu - Rəsmi

“Barselona” ona 1 milyard avro qiymət qoydu - Rəsmi
XƏBƏR 26 Aprel 2022 / 15:26 4060
-  A +

"Barselona" futbolçusu Ronald Arauxo ilə yeni müqavilə imzalayıb. 

Qol.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Uruqvaylı müdafiəçi ilə bağlanan yeni sözləşmənin müddəti 2026-cı ilə qədər nəzərdə tutulub. 

Həmçinin sözləşmədə o da qeyd olunub ki, 23 yaşlı futbolçunu transfer etmək istəyən klublar 1 milyard avro təmzinat ödəməli olacaqlar. 

Qeyd edək ki, Arauxo 2018-ci ildən "Barselona"da oynayır. O, bu mövsüm 30 matçda 4 qol vurub.

Daha çox


Son xəbərlər
topaz banner