"Bir məşqçi kimi səhvə yol verdim" - Xavi

"Bir məşqçi kimi səhvə yol verdim" - Xavi
XƏBƏR 25 Aprel 2022 / 13:50 4674
-  A +

"Barselona"nın baş məşqçisi Xavi Ernandes ötən gecə La Liqanın 21-ci turunun təxirə salınmış görüşündə "Rayo Valekano"ya uduzmaları (0:1) barədə danışıb. 

Qol.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssis matçdan sonra təşkil olunan mətbuat konfransında jurnalistlərə açıqlamasında səhvə yol verdiyini etiraf edib:

“Mən bir məşqçi kimi səhv etdim. İndi də bunu demək üçün buradayam. Düşünürdüm ki, artıq işi bacardım. Amma sonda futbolçuları motivasiya edə bilmədim. Fasilə zamanı onlarla danışanda fikirləşdim ki, biz çox narahatıq və bunun əvəzini birinci hissədə ödədik. İkinci hissədə hər şey fərqli oldu. Lakin bu, bizə kömək etmədi. Çox yorulduq, oynadıq, amma qol vura bilmədik. Mübarizəni davam etdirməli və ən azı ikinci yeri tutmalıyıq”. 

Qeyd edək ki, La Liqanın turnir cədvəlinə 78 xalla "Real" liderlik edir. "Barselona" 63 xalla 2-ci, eyni xalı olan "Sevilya" isə 3-cüdür. 

Daha çox


Son xəbərlər
topaz banner