Millimizin üzvü oynadı, komandası heç-heçə etdi

Millimizin üzvü oynadı, komandası heç-heçə etdi
XƏBƏR 25 Aprel 2022 / 09:48 1279
-  A +

Portuqaliya çempionatında 31-ci turun oyunları keçirilib.

Qol.az xəbər verir ki, millimizin hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Tondela” öz meydanında “Vitoriya Gimaraynş” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Renat da bu görüşün iştirakçısı olub. O, 79-cu dəqiqədə meydana buraxılıb.

Qeyd edək ki, hazırda 26 xalı olan “Tondela” 18 komanda arasında 17-ci pillədə qərarlaşıb.

Daha çox


Son xəbərlər
topaz banner