Gimnastika komandamızdan qızıl medal - Dünya kuboku

Gimnastika komandamızdan qızıl medal - Dünya kuboku
XƏBƏR 24 Aprel 2022 / 14:16 1283
-  A +

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətlərindən ibarət komandası Bakıda keçirilən Dünya kubokunda qızıl medal qazanıb.

Qol.az xəbər verir ki,  Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup hərəkətləri üzrə Azərbaycan komandası 5 halqa ilə hərkətlərin icrasına görə 1-ci olub. Komandamız 32.850 xal toplayıb. İtaliya 32.450 xalla 2-ci, İsrail 32.050 xalal 3-cü olub.

Qeyd edək ki,  dünən komandamız çoxnövçülük yarışlarında gümüş medala sahib çıxmışdı. 

Daha çox


Son xəbərlər
topaz banner