Balayev ehtiyatda qaldı, "Turan" qələbə qazandı

Balayev ehtiyatda qaldı, "Turan" qələbə qazandı
XƏBƏR 23 Aprel 2022 / 19:30 2069
-  A +

Qazaxıstan Premyer Liqasında 7-ci turun oyunları keçirilir.

Qol.az xəbər verir ki, millimizin üzvü  Emil Balayevin çıxış etdiyi "Turan" səfərdə "Kayrat"la qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib.

Zədəsini sağaltdıqdan sonra ilk dəfə adı iştirak ərizəsinə daxil edilən 28 yaşlı qapıçı sonadək ehtiyatda qalıb. Beləliklə, Emilin yeni klubunda debütü yenə baş tutmayıb. 

Hazırda "Turan" 6 xalla  14 komanda arasında 11-ci pillədə qərarlaşıb, "Kayrat" isə 12 xalla 3-cüdür.

Daha çox


Son xəbərlər
topaz banner