Gimnastika komandamızdan gümüş medal - Dünya kuboku

Gimnastika komandamızdan gümüş medal - Dünya kuboku
XƏBƏR 23 Aprel 2022 / 19:16 1159
-  A +

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətlərindən ibarət komandası Bakıda keçirilən Dünya kubokunda gümüş medal qazanıb.

Qol.az xəbər verir ki,  Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup hərəkətləri üzrə Azərbaycan komandası çoxnövçülük üzrə 2-ci yerə çıxıb.  Komandamız ümumilikdə 63.650 xal ( üç  lent və iki topla hərəkətlərdə 30.600 xal, 5 halqa ilə 33.050 xal) toplayıb.

Qeyd edək ki, İtaliya 1-ci (64.600), İsrail 3-cü (63.150) pillənin sahibi olub.

Daha çox


Son xəbərlər
topaz banner