"Arsenal" azarkeşləri Ronaldonun ölən oğlunu yad etdi

"Arsenal" azarkeşləri Ronaldonun ölən oğlunu yad etdi
XƏBƏR 23 Aprel 2022 / 16:16 2629
-  A +

"Arsenal" azarkeşləri "Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldonun bir neçə gün əvvəl ölən oğlunu yad ediblər. 

Qol.az xəbər verir ki, fanatlar Premyer Liqanın 34-cü turunda "qırmızı şeytanlar"la hazırda davam edən matçın 7-ci dəqiqəsində alqışlar səsləndiriblər. 

Sözügedən matçda portuqaliyalı oyunçu start heyətdə meydana çıxıb. 

Xatırladaq ki, oyunçunun sevgilisi Corciana Rodriqez biri oğlan, digəri isə qız olan əkiz uşaq dünyaya gətirməli idi. Ancaq Ronaldonun yalnız qız övladı sağ qalıb.

Daha çox


Son xəbərlər
topaz banner