Maquayer klubu tərk etməsə, evindəki bombaları partladacaq

Maquayer klubu tərk etməsə, evindəki bombaları partladacaq
XƏBƏR 23 Aprel 2022 / 14:43 2461
-  A +

"Mançester Yunayted"in futbolçusu Harri Maquayr növbəti dəfə ölümlə hədələnib. 

Qol.az xəbər verir ki, komandanın azarkeşlərindən biri 29 yaşlı müdafiəçinin evinə 3 bomba yerləşdirdiyini və 72 saat ərzində Maquayr klubdan ayrılmasa, bombaları partladacağını bildirib. Futbolçunun ailəsi evi tərk edib və başqa yerə köçüb.

Qeyd edək ki, bir neçə gün öncə də Harri Maquayrın evinə bomba qoyulması ilə bağlı xəbər yayılmışdı.

Daha çox


Son xəbərlər
topaz banner