Ten Haqdan Ronaldoya xəbərdarlıq

Ten Haqdan Ronaldoya xəbərdarlıq
XƏBƏR 23 Aprel 2022 / 14:10 4529
-  A +

"Mançester Yunayted"in yeni baş məşqçisi Erik ten Haq komandanın ulduz futbolçuları ilə qarşılıqlı münasibətdən danışıb.

Qol.az xəbər verir ki, niderlandlı mütəxəssis "Trouw"a açıqlamasında deyib: 

“Mən bu baxımdan özüm bildiyim üsulda qalacağam. Məsələyə baxışımı dəyişməyəcəyəm. Mən onlara tapşırıqlarını deyəcəyəm.  Oyunçular bunları yerinə yetirməsələr, kim olursa olsunlar, bu barədə xəbərdarlıq alacaqlar. Mən güzəştə getməyəcəyəm". 

Qeyd edək ki, "Mançester Yunayted" ötən gün Ten Haqla 2025-ci ilin yayınadək müqavilə imzalayıb. Mütəxəssis hazırda "Ayaks"a baş məşqçilik edir. O, mövsümün sonunda Niderland təmsilçisindən ayrılaraq "Mançester Yunayted"də işə başlayacaq. 

Daha çox


Son xəbərlər
topaz banner