Ten Haq "Mançester Yunayted"də nə qədər qazanacaq?

Ten Haq "Mançester Yunayted"də nə qədər qazanacaq?
XƏBƏR 22 Aprel 2022 / 20:06 2576
-  A +

"Mançester Yunayted"in yeni baş məşqçisi Erik Ten Haqın klubda qazanacağı maaş məlum olub. 

Qol.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. 52 yaşlı mütəxəssis İngiltərə təmsilçisində illik 11 milyon avro məvacib alacaq. 

Qeyd edək ki, "Mançester Yunayted" ötən gün Ten Haqla 2025-ci ilin yayınadək müqavilə imzalayıb. Mütəxəssis hazırda "Ayaks"a baş məşqçilik edir. O, mövsümün sonunda Niderland təmsilçisindən ayrılaraq "Mançester Yunayted"də işə başlayacaq. 

Daha çox


Son xəbərlər
topaz banner