"Mbappeni özümlə evə aparacağam"

"Mbappeni özümlə evə aparacağam"
XƏBƏR 22 Aprel 2022 / 17:40 2886
-  A +

PSJ-nin baş məşqçisi Maurisio Poçettino futbolçusu Kilian Mbappenin komandada qalmasını istəyir.

Qol.az xəbər verir ki, bu barədə mütəxəssis özü açıqlama verib. O deyib:

“Mbappenin gedişi barədə şayiələr məni narahat etmir. Bu vəziyyət bütün klublarda olur. Məşqçi belə şeylərə alışmalıdır. Mən şəxsən Mbappenin hər zaman yanımda olmasını istəyirəm. Hətta tətildə onu özümlə evə aparacağam. Təbii ki, mən də daxil olmaqla, hamı Kilianın PSJ-də qalmasını istəyir. Lakin bu qərarlar həmişə oyunçu, klub tərəfindən birgə qəbul edilir”.

Qeyd edək ki, Mbappenin Paris təmsilçisi ilə hazırkı sözləşməsi bu mövsümün sonuna qədərdir. 

Daha çox


Son xəbərlər
topaz banner