Emreli Milli Qəhrəmanı belə yad etdi - Şəkil

Emreli Milli Qəhrəmanı belə yad etdi - Şəkil
XƏBƏR 22 Aprel 2022 / 14:35 7966
-  A +

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun anadan olmasının 76-cı ildönümüdür.

Qol.az-ın xəbərinə görə, hazırda Zaqreb “Dinamo”sunda çıxış edən Azərbaycan millisinin hücumçusu A.Bağırovun xatirəsinə ehtiram olaraq paylaşım edib. Paylaşımda M.Emrelinin üzərindəki formada Milli Qəhrəmanın şəkli əks olunub və "Böyük kapitan" sözləri yazılıb.

Xatırladaq ki, Birinci Qarabağ müharibəsindəki qəhrəmanlığına görə ad çıxaran əfsanəvi Allahverdi Bağırov bir vaxtlar “Qarabağ” komandasının məşqçisi və kapitanı olub.

Daha çox


Son xəbərlər
topaz banner