İdman Araşdırmalar Mərkəzi və Etopaz-ın 10 illik yubileyi münasibətilə jurnalistlər arasında keçiriləcək mini-futbol üzrə Zəfər Kubokunun bütün iştirakçıları müəyyənləşib.
Qol.az xəbər verir ki, mayın 4-də start götürəcək turnirə 12 komanda qatılacaq. İştirakçılar arasında Birinci Qarabağ müharibəsi və 44 günlük Vətən müharibəsi qazilərindən ibarət "Veteranlar", mərhum jurnalist Elnur Əşrəfoğlunun uzun müddət çalışdığı AzTV-nin ("İdman" TV) hazırkı əməkdaşlarından ibarət kollektiv,, onun jurnalist dostlarının yer aldığı "Elnurun komandası", media turnirlərində özünün də oynadığı "Bakı" da var. "Elnurun dostları" komandasında E.Əşrəfoğlunun qardaşı Rəşad Şükürov da çıxış edəcək.
Şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov isə "Report" komandasında oynayacaq.
Bundan başqa, ARB telekanalı, "Teleqraf Holdinq", "Futbol+" qəzeti, "İctimai-siyasi jurnalistlər", Azərbaycan İdman Jurnalistləri Federasiyasının 2021-ci ildə təşkil etdiyi "Qarabağ Azərbaycandır!" turnirində mübarizə aparmış "Xəzər", "Şuşa" və "Kəlbəcər" komandaları da Zəfər Kubokunun iştirakçıları arasındadır.
Aprelin 22-də "Report" agentliyinin ofisində keçiriləcək püşkatma mərasimi saat 15:00-da başlayacaq. Tədbirə Zəfər Kubokunun Təşkilat Komitəsinin üzvləri və komandaların nümayəndələri qatılacaqlar.
Püşk nəticəsində iştirakçı komandalara "Ağdam", "Cəbrayıl", "Füzuli", "Xankəndi", "Xocalı", "Xocavənd", "Kəlbəcər", "Qubadlı", "Laçın", "Suqovuşan", "Zəngilan" və "Şuşa" adları veriləcək.
Daha sonra onlar hər birində 3 komanda olmaqla, 4 qrupa bölünəcəklər. Dairəvi sistemlə keçiriləcək mübarizə nəticəsində qrup qalibləri yarımfinala yüksələcəklər. Yarımfinalda qalib gələnlər isə iyunun 19-da keçiriləcək final matçında iştirak edəcəklər.
Qeyd edək ki, Zəfər Kuboku Azərbaycanın ilk onlayn qanuni mərc saytı Etopaz-ın baş sponsorluğu ilə keçiriləcək.
Yamal komandasının qoluna sevinmədi - Şəkillər
Çempionlar Liqası qalibi klubunu dəyişir
Baş məşqçi klubun 34 illik antirekordunu yenilədi
"Ayntraxt" 4 qollu matçda qələbəni əldən verdi
"Neftçi" "Sumqayıt"ı belə məğlub etdi - Video
"Futbolçu necə oynamaq istəməyə bilər?" - Saşa İliç
"Həmin matçları səbirsizliklə gözləyirəm" - Yuri Vernidub
PSV ardıcıl üçüncü dəfə Niderland çempionu oldu
"Qəbələ" "Kəpəz"ə, "Neftçi" "Sumqayıt"a qalib gəldi
Kökçünün komandası heç-heçəyə razılaşdı
"Uduzacağımızı gözləyirdim" - Azər Bağırov
"Qəbələ"nin inamlı qələbəsindən - Video
"Barselona"nın zədəli futbolçularından xəbər var
"Real"dan PSJ-yə keçə bilər
“Sumqayıt” - “Neftçi”: Heyətlər
Azərbaycandan ayrılıb İslandiya klubuna keçdi
“Nyukasl” Trippyerin ayrılığını açıqladı
"Kəpəz" - "Qəbələ": Heyətlər açıqlandı
Qvardiola bunu ilk dəfə bacardı
Millimizin üzvü oynadı, komandası uduzdu
Qadın hakimi yıxsalar da, kömək etmədilər - Video
Maldini İtaliya futboluna rəhbərlik edə bilər
"Nəticə haqda soruşmağa ehtiyac yoxdur" - Slot 0:4 haqda
“Trabzonspor” - “Qalatasaray” matçında dava düşdü - Video
"Real"ı belə məğlub etdilər - Video
Nəriman ABŞ-da 2-ci oyununa çıxdı
"Mançester Siti" "Liverpul"u darmadağın etdi - Video
“Barselona” “Real”la xal fərqini artırdı
“Arsenal” kubokla vidalaşdı
Zamiqin komandası 3 xalı 3 qolla qazandı
“Bavariya”dan möhtəşəm geridönüş - Video
“Qalatasaray” “Trabzonspor”a uduzdu
Cəlal oynadı, komandası qalib gəldi
“Bayer”dən 6 qollu qələbə - Video
"Çelsi" 7 cavabsız qolla yarımfinalda
"Liverpul" son 11 ilin klub antirekordunu qırdı
Məşhur reklam çarxının ən qazanclı futbolçusu Ronaldo oldu
İtaliya futbolçuları oyundan əvvəl mükafat davası edib?
İngiltərə çempionu 34 yaşında karyerasını bitirdi
"Real" son dəqiqə qolu ilə məğlub oldu
"Bayer" 9 qollu matçdan qalib ayrıldı