Mahirin yeni baş məşqçisi o oldu

Mahirin yeni baş məşqçisi o oldu
XƏBƏR 21 Aprel 2022 / 16:46 5190
-  A +

Millimizin futbolçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb "Dinamo"sunun yeni baş məşqçisi müəyyənləşib.

Qol.az klubun saytına istinadən xəbər verir ki, Jelko Kopiçin istefaya göndərilməsindən sonra boş qalmış bu vəzifəyə Ante Çaçiç təyin edilib. O, bu mövsümün sonuna kimi Xorvatiya təmsilçisini çalışdıracaq.

Qeyd edək ki, "Dinamo" bu gün J.Kopiçlə yolları ayırıb. 68 yaşlı A.Çaçiç  2011-2012-ci illərdə də Zaqreb klubunu çalışdırıb. O, 2015-17-ci illərdə Xorvatiya millisinin də baş məşqçisi olub.

Daha çox


Son xəbərlər
topaz banner