Mahirin komandasında şok istefa - Kopiç getdi

Mahirin komandasında şok istefa - Kopiç getdi
XƏBƏR 21 Aprel 2022 / 14:16 3274
-  A +

Millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu baş məşqçisi Jelko Kopiçlə yollarını ayırıb.

Qol.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.  Mütəxəssis klubun saytına açıqlamasında rəhbərliyə, oyunçulara və bütün işçilərinə təşəkkür edib.

"Dinamo" isə ona işlərində uğurlar arzulayıb.

Qeyd edək ki. J. Kopiç 2021-ci ilin dekabrından "Dinamo"nu çalışdırırdı. Komanda dünən 9-cu turda təxirə salınmış oyunda "Hayduk"a 0:1 hesabı ilə uduzub. "Dinamo" turnir cədvəlində hazırda 66 xalla 1-cidir.

Daha çox


Son xəbərlər
topaz banner