Hemilton və Uilliams "Çelsi" üçün sərmayə qoydu

Hemilton və Uilliams "Çelsi" üçün sərmayə qoydu
XƏBƏR 21 Aprel 2022 / 14:08 1763
-  A +

"Mercedes"in "Formula 1" pilotu Luis Hemilton və tennisçi Serena Uilliams "Çelsi"ni almaq üçün sərmayə qoyublar.

Qol.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb. Onlar "Liverpul"un keçmiş prezidenti Martin Broutonun rəhbərlik etdiyi konsorsiuma 20 milyon sterlinq (hər biri 10 milyon sterlinq) sərmayə qoyublar.

Sözügedən konsorsium martın 19-da "Çelsi"ni almaq istədiyini açıqlayıb. 

Xatırladaq ki, Hemilton 7 qat "Formula 1" çempionu, Uilliams isə "Böyük Dəbilqə" turnirlərinin 23 qat qalibidir. 

Qeyd edək ki, Böyük Britaniya martın 10-da Roman Abramoviçə qarşı sanksiyalar tətbiq edib. Bu, “Çelsi”yə də yansıyıb. Klub futbol fəaliyyətini davam etdirmək üçün xüsusi lisenziya alıb. Lakin kluba matçlara bilet satmaq, transfer etmək və oyunçularla müqavilə yeniləmək qadağan edilib. Həmçinin "Çelsi"nin bank hesabı bloklanıb. Amma bundan sonra "Çelsi"nin hazırkı duruma baxmayaraq, klubun satışının mümkün olacağı bildirilib.

Daha çox


Son xəbərlər
topaz banner