Alleqri "Yuventus"dakı gələcəyini açıqladı

Alleqri "Yuventus"dakı gələcəyini açıqladı
XƏBƏR 21 Aprel 2022 / 12:27 1872
-  A +

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri İtaliya kubokunun yarımfinal mərhələsində “Fiorentina”nı məğlub edərək finala yüksəlmələri barədə danışıb. 
 
Qol.az “Football İtalia”ya istinadən xəbər verir ki, mütəxəssis uğuru belə şərh edib: 

“İnter”ə qarşı finala çıxmaq mövsümün məqsədi idi. İkinci qolu daha tez vurmalıydıq. Mən bu uşaqlardan daha çox şey tələb edə bilməzdim. Çünki start heyətdəki futbolçular son 4 ayda demək olar ki, hər matçda oynayırdılar”.

Həmçinin Alleqri bildirib ki, növbəti 3 mövsümdə də Turin təmsilçisini çalışdıracaq: 

 “Gələn mövsüm məni "Yuventus"un baş məşqçisi kimi görəcəksinizmi? Bəli. Hətta növbəti üç mövsümdə də “Yuventus”a baş məşqçilik edəcəyəm. Artıq demişik ki, “Yuventus” həmişə qələbələri hədəfləməlidir. Ən çox da “İnter”lə görüşdəki məğlubiyyətə görə məyus olmuşdum. Çünki çempionluğun taleyini məhz bu nəticə həll etdi”. 

Xatırladaq ki, İtaliya kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Yuventus” “Fiorentina”ya 1:0, cavab görüşündə isə 2:0 hesabı ilə qalib gəlib. 

Qeyd edək ki, İtaliya kubokunun final oyunu mayın 11-də “Stadio Olimpiko”da keçiriləcək. "Yuventus"un həlledici matçdakı rəqibi isə "İnter"dir. 

Daha çox


Son xəbərlər
topaz banner