Mahirin baş məşqçisi mətbuat konfransından imtina etdi

Mahirin baş məşqçisi mətbuat konfransından imtina etdi
XƏBƏR 21 Aprel 2022 / 11:26 1486
-  A +

Zaqreb "Dinamo"sunun baş məşqçisi Jelko Kopiç  Xorvatiya çempionatının 9-cu turundan təxirə salınmış "Hayduk"la səfər oyunundan (0:1) sonra mətbuat konfransında iştirak etməyib.

Qol.az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, bu barədə meydan sahibi komandaya daha əvvəl məlumat verilib. Mütəxəssis matçdan sonra təkcə yayım hüququ olan telekanala açıqlama verib. Bundan sonra o, avtobusa minərək Splitdən Zaqrebə yollanıb. 

Kopiç stadionun ətrafına "Hayduk" azarkeşlərinin toplaşacağını əsas gətirib. Buna görə də arenanın ərazisini təhlükəsiz şəraitdə tərk etmək üçün bu addımı atıb.

Xatırladaq ki, "Hayduk"la görüşdə "Dinamo"da çıxış edən millimizin üzvü Mahir Emreli 90 dəqiqə oynayıb.

Qeyd edək ki, bu mövsüm Splitdəki ilk derbi öncəsi "Dinamo"nun avtobusu daşa tutulmuşdu. 

Daha çox


Son xəbərlər
topaz banner