Mbappe İbrahimoviçə çatdı

Mbappe İbrahimoviçə çatdı
XƏBƏR 21 Aprel 2022 / 09:41 1869
-  A +

Liqa 1-in 33-cü turunda "Anje" ilə matç PSJ-nin futbolçusu Kilian Mbappe üçün əlamətdar olub. 

Qol.az "Gracenote"yə istinadən xəbər verir ki, 23 yaşlı hücumçu sözügedən görüşdə (3:0) fərqlənib. Bununla da Mbappe yerli çempionatda vurduğu qolların sayını 113-ə yüksəldib. Belə nəticə ilə o, Paris təmsilçisinin heyətində Zlatan İbrahimoviçlə birgə Liqa 1-də ən çox qol vuran 2-ci futbolçu olub. 

Mbappe buna 137 matçda, Zlatan isə 122 oyunda çatıb. 

PSJ-nin Fransa çempionatında ən çox qol vuran futbolçusu isə Edinson Kavanidir - 138.

Qeyd edək ki, Mbappe 2017-ci ildən PSJ-də oynayır. İbrahimoviç isə 2012-2016-cı illərdə bu klubun formasını geyinib. O, hazırda "Milan"da çıxış edir. 

Daha çox


Son xəbərlər
topaz banner