"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov AFFA Klublar Komitəsinin iclasında Premyer Liqada legioner limitinin dəyişdirilməsi və əvəzetmə sayının artırılmasının müzakirəsi ilə bağlı danışıb.
Qol.az xəbər verir ki, o, jurnalistlərə açıqlamasında əvvəlcə əvəzetmə sayı ilə əlaqədar deyib: "Çox məsələ var ki, standartdan kənara çıxırıq. Kimsə 5 əvəzetmə edirsə, o demək deyil ki, biz də belə etməliyik. Mövsümün əvvəlində bu təklifi mən dəstəkləmişdim. Mənim üçün 3 və ya 5 əvəzləmənin fərqi yoxdur. Hətta orta yolu deyirəm ki, 3 olmasa da, 4 əvəzləmə olsun. Pandemiya dövründən artıq çıxırıq. Avropada komandalar 50-60 oyun keçirirlər. Bizdə isə finala qədər getsən, 32 matç edir. Bu da çox deyil".
R.Sadıqov legioner limitinin ləğvi məsələsi ilə bağlı deyib: "Bu gün 7 yerli futbolçumuz start heyətdə idi. Nadir hallarda 6 legionerlə oynamışıq. Məşqçi işini bunun üzərində qurmamalıdır. Ötən mövsüm Cəlal Hüseynov limit səbəbindən oynamırdı. Layiq olduğu üçün meydana çıxırdı. Komanda sayı artdıqdan sonra hər kəsə yer olacaq. O qədər limitə düşən yerli futbolu var idi ki, bu gün harada olduğu bilinmir. Bu, avrokuboklardakı çıxışımıza da mənfi təsir edir. Elə klublar var ki. gənc futbolçunu məcburiyyətdən oynadır. Mənə görə, 7+4 ideal limitdir. Bu gün yerli futbolçu sarıdan əziyyət çəkirik. Bəlkə də mənə limitin qalmağı sərf edər. Çünki gənclərə daha çox şans veririk".
Həm oyun nəticələri, həm maliyyə göstəriciləri pisləşir
Həftənin hakimləri açıqlandı
Xankəndidə vurulan qollar - Video
“Messiyə belə yox deyərdim”
38 ildən sonra doğma stadionuna qayıtdı
Bu gün Xankəndidə yaşananlar - Şəkillər
“Real”ın ən yaxşısı seçildi
Veteran futbolçu Xankəndi ilə bağlı xatirələrini bölüşdü
“Bu stadionda çox qollar vurmuşam” - Samir Ələkbərov
“Gələn mövsüm çempionluq üçün mübarizə aparacağıq” - Nəcəfov
Tarixi oyunda topa ilk toxunuşu şəhid övladı etdi - Şəkil
“Xankəndi” doğma stadionda ilk oyununa çıxdı
“Real” Tçuameni ilə müqaviləni uzatdı
Azərbaycan millisinin heyəti açıqlandı
Hakimə daş atan futbolçu 8 il futboldan uzaqlaşdırıldı
Kompani səhhətindəki problemlərdən sonra ilk dəfə danışdı
“Real”ın sabiq futbolçusu karyerasını başa vurdu
“Millimizə sürətli vingerlər lazımdır” – Mircavadov
"Sabah”ın futbolçusu məyusluğunu gizlətmədi
Millimizin üzvləri məktəblilərlə görüşdü - Şəkillər
PSJ-dən Markinyos qərarı
İnfantino gizli danışıqlar aparıb
Avropa Klublar İttifaqı UEFA-dan şikayət etdi
Kvaratsxeliya 2026-cı ilin adamı seçildi
"Real" pankarta görə cərimələndi
İtaliya klubu itlə müqavilə bağladı - Şəkil
Kloppun keçmiş köməkçisi baş məşqçi oldu
Avropa çempionatı: Daha 4 boksçumuz 1/4 finalda
Arda Güler “Real”la yeni müqaviləsindən danışdı
Cəzalı olsa da, millinin toplanışını yarımçıq qoymadı
İlin ən yaxşı klubuna namizədlər bilindi
Bellinqemin “Real”dan tələbləri var
Qvardiolanı ABŞ millisinə dəvət etdi
“Qarabağ” Qazaxıstan klubu ilə qarşılaşdı
Premyer Liqada hakimlər 6 səhv qərar verdi
“Arsenal” onların müqaviləsini yeniləyir
“Mançester Yunayted” FİFA-ya şikayət etməyə hazırlaşır
Kompani yenidən iş başında
“Qalatasaray” azarkeşlərə təzminat ödəyə bilər
DÇ-2030-da məcburi su fasilələri olacaq?
2-ci liqada 11 oyunun saatı açıqlandı
Azərbaycan cüdoçularının DÇ-dəki ilk rəqibləri məlum oldu
Azərbaycan millisi FİFA reytinqində 3 pillə irəlilədi
Onana "Aston Villa"da qalacaq
"Real" Arda Gülerlə müqaviləni uzatdı - Rəsmi