Samir Abasov: "Azərbaycan futbolunda limit götürülməlidir"

Samir Abasov: "Azərbaycan futbolunda limit götürülməlidir"
XƏBƏR 20 Aprel 2022 / 22:45 1765
-  A +

"Neftçi"nin baş məşqçisi Samir Abasov AFFA Klublar Komitəsinin iclasında Premyer Liqada legioner limitinin dəyişdirilməsi məsələsinin müzakirəsinə münasibət bildirib.

Qol.az xəbər verir ki, o, jurnalistlərə açıqlamasında bununla bağlı deyib:

"Mənim istəyimi bilirsiniz. Bu yöndə həddindən artıq sərtəm. Azərbaycan futbolunda limit götürülməlidir. Bu, bizim inkişafımıza ziyandır. 5 əvəzetmə yaxşı variantdır. Bütün ölkələr bunu edirsə, biz niyə etməyək? Hər şeyi zaman göstərəcək".

Daha çox


Son xəbərlər
topaz banner