Salahdan yeni rekord

Salahdan yeni rekord
XƏBƏR 20 Aprel 2022 / 13:19 2220
-  A +

"Liverpul"un futbolçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb.

Qol.az "Opta"ya istinadən xəbər verir ki, misirli hücumçu buna ötən gecə turnirin 30-cu turunun "Mançester Yunayted"lə təxirəsalınmış oyununda (4:0) nail olub. Salah həmin qarşılaşmada dubl edib. Nəticədə oyunçu bu mövsüm "qırmızı şeytanlar"a vurduğu qolların sayını 5-ə yüksəldib. Beləliklə, Salah bir mövsümdə "Mançester Yunayted"ə 5 qol vuran ilk futbolçu adını qazanıb.

Qeyd edək ki, Salah 2017-ci ildən "Liverpul"un formasını geyinir. Onun klubla müqaviləsi 2023-cü ilə qədərdir. Forvard bu mövsüm 30 matçda 22 qol vurub və 12 qolun ötürməsini verib.

Daha çox


Son xəbərlər
topaz banner