“Dinamo”dan Mahirə növbəti xüsusi diqqət - Şəkil

“Dinamo”dan Mahirə növbəti xüsusi diqqət - Şəkil
XƏBƏR 20 Aprel 2022 / 12:52 3398
-  A +

Xəbər verdiyimiz kimi, Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi “Dinamo” (Zaqreb) bu gün Xorvatiya çempionatında növbəti oyununu keçirəcək. 

Qol.az xəbər verir ki, komanda 9-cu turdan təxirə salınmış görüşdə “Hayduk”un qonağı olacaq. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. 

Qeyd edək ki, “Dinamo” bu oyun üçün hazırladığı posteri özünün sosial şəbəkə hesablarında paylaşıb. Posterdə Mahir Emrelinin şəkli yer alıb. Qeyd edək ki, 31-ci turda “İstra” ilə matçdan əvvəlki posterdə də Mahirin şəkli vurulmuşdu.

Xatırladaq ki, Emreli son 2 turda Xorvatiya liqasında 2 qol vurub.

Daha çox


Son xəbərlər
topaz banner