"Liverpul"un heyətində "Formula 1"in 25 bolidi var"

"Liverpul"un heyətində "Formula 1"in 25 bolidi var"
XƏBƏR 20 Aprel 2022 / 12:10 1596
-  A +

"Mançester Yunayted"in baş məşqçisi Ralf Ranqnik Premyer Liqanın 30-cu turunda "Liverpul"a uduzduqları matç (4:0) haqqında danışıb. 

Qol.az xəbər verir ki, 67 yaşlı mütəxəssis görüşdən sonra təşkil olunan mətbuat konfransında maraqı fikirlər səsləndirib: 

“"Liverpul"a 6 il əvvəl gələn Yurgen Kloppun o vaxtkı heyəti indikini müqayisə edəndə hər şeyi başa düşə bilərsiniz. O vaxt "Liverpul" hər matçda orta hesabla 1,6 xal toplayırdı. Lakin onlar hər növbəti transfer pəncərəsində heyətini gücləndirirdi. Mən heç kimi günahlandırmıram - nə oyunçularımı, nə də başqalarını. Ancaq rəqibin necə bir komanda olduğunu başa düşməliyik. Onların ehtiyat oyunçular skamyasındakı əsas heyətə düşə bilməyən dörd futbolçusuna baxın. Yalnız Roberto Firmino zədəlidir. Oksleyd-Çemberlen, Minamino, Harvi Elliott ehtiyat oyunçular skamyasında idi. Bu, "Liverpul"un son 6 il ərzində Yurgenin rəhbərliyi altında necə keyfiyyətli komandaya döndüyü göstərir. Söhbət təkcə futbolçuların keyfiyyətindən deyil, həm də onların düşünclərindən, enerjisindən və fiziki gücündən gedir. Deyərdim ki, "Liverpul"un heyətində "Formula 1"in 25 bolidi var”. 

Daha çox


Son xəbərlər
topaz banner