11 il sonra bunu bacardılar

11 il sonra bunu bacardılar
XƏBƏR 20 Aprel 2022 / 09:00 2910
-  A +

"İnter" 11 il sonra ilk dəfə İtaliya kubokunun finalına vəsiqə qazanıb.

Qol.az xəbər verir ki, komanda buna yarımfinalında "Milan"a 3:0 hesabı ilə qalib gəlməklə nail olub. Nəticədə Simeone İnzaqinin komandası 11 il sonra turnirin həlledici oyununa vəsiqə qazanmağı bacarıb. 

"İnter" son dəfə 2011-ci ildə finalda oynayıb. Komanda həmin vaxt "Palermo"nu üstələyib (3:1) və kubokun sahibi olub.

"İnter" finalda "Yuventus" - "Fiorentina" cütlüyünün qalibi ilə qarşılaşacaq.

Daha çox


Son xəbərlər
topaz banner